Əl-Şaraa Parisdə Makronla görüşdü

 

Əl-Şaraa Parisdə Makronla görüşdü
Əhməd Əl-Şaraa Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.

Parisdə Makronla birgə mətbuat konfransında çıxış edən Əl-Şaraa bildirib ki, Suriya hazırda vəziyyəti sabitləşdirmək məqsədilə İsraillə danışıqlar aparır.

“Hazırda vəziyyətin nəzarətdən çıxmaması üçün İsraillə vasitəçilər üzərindən dolayı danışıqlar aparılır”, – o vurğulayıb.

*** 16:57

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraa Fransanın paytaxtı Parisə rəsmi səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Suriya hökuməti “X” hesabında paylaşıb.

Xatırladaq ki, bu, Əl-Şaraanın Avropaya ilk səfəridir.

O, Parisdə Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.