Sirlər açıldı: Vanqanın proqnozlarını o şəxs yazır – Sensasiya

Sirlər açıldı: Vanqanın proqnozlarını o şəxs yazır - Sensasiya

“32 ildir SSRİ dağılıb, onun xüsusi xidmət orqanlarının ideoloji müharibəsində rupor kimi istifadə etdiyi “kor baxıcı Vanqa” təbliğatı hələ də davam edir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Yeganə Hacıyeva deyib.

O bildirib ki, Vanqanın həyat yoldaşı Dmitri Kuşteryev və şəxsi mühafizəçisi Pyetr Konstantinov KQB zabitləri olub:

“Vanqa isə Bolqarıstanda SSRİ-nin işğalçı siyasətinin bolqar cəmiyyətində dəstəklənməsi üçün ideoloji rupor kimi xüsusi xidmət layihəsi olub. SSRİ-nin işğal etdiyi bütün yerlərdə, elə müttəfiq respublikalarda ona oxşar layihələr olub, indi də var. Vanqa 1996-cı ildə dünyasını dəyişib, özündən sonra da heç bir kəhanət qoymayıb, çünki heç bir kəhanəti olmayıb”.

Politoloqun sözlərinə görə, Vanqanın adından tirajlananlar günü bu gün də Lyublyankada xüsusi şöbədə yazılır:

“Analogiya aparsaq, məsələn, SSRİ-nin son illərində televiziyada Kaşpirovski deyilən “ekstrasens” insanlara “yanınıza bankada su qoyun, enerji ötürürəm, sonra için, çimin sağalacaqsınız” deyə cəhalət aşılayırdı.

Heç kimin də ağlına gəlmirdi ki, əgər bu “ekstrasens” seanslarını mərkəzi dövlət televiziyasında aparırsa, demək, translyasiya birbaşa Lyublyankadan gəlirdi. Küçədə isə SSRİ dağılırdı, amma elmi, siyasi, iqtisadi elitani Kaşpirovskinin seansları narahat edir, onlar müzakirə edilirdi.

Bunun izahı odur ki, SSRİ-nin ilk illərində mərkəzi hakimiyyət cəmiyyətin idarəçilik institutu olan dini və kilsəni inkar edən “ateizmi” dövlət siyasəti seçmişdi. Ancaq insanların kilsədən uzaq düşməsini arzulayanlar, onların ülvi incanlarını istismar etmək arzusundan uzaq düşməmişdilər”.

Y.Hacıyeva deyib ki, onlar dinin birləşdirici faktor kimi necə böyük silah olmasını gözardı edə bilmirdilər:

“Çünki bütün qadağalara baxmayaraq, cəmiyyətin inkişaf tendensiyalarından biri kimi din ictimai həyatın bütün sferalarını – sosial, iqtisadi, siyasi, mədəni, ideoloji sahələri əhatə edirdi.

Elmin-texnikanın sürətli inkişafı da buna mane olmadı, əksinə dinin müasir sistemə transformasiyasını daha da şərtləndirdi və sürətləndirdi.

Bunu görən mərkəzi hakimiyyət özü-özünü inkar etmədən, dini məlumatların çatdırılmasında alternativ ünsiyyət yollarının təbliği, yalançı dini dəyər oriyentasiyalarının formalaşması yolunu seçdilər.

Burada da mistika, okkultizm, ezoterika elementli, qeyri-ənənəvi təzahürlü yeni dini cərəyanlara əl atmışdılar”.

Zaira Akifqızı
Globalinfo.az