Direktorun xoşagəlməz görüntüləri haqda RƏSMİ AÇIQLAMA – VİDEO

Direktorun xoşagəlməz görüntüləri haqda RƏSMİ AÇIQLAMA - VİDEO

Elm və Təhsil Nazirliyindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, yayılan görüntülərlə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə sorğu göndərilib:

“Sözügedən qurumdan cavab gözləyirik”.

***16:47

İmişli rayon Məzrəli kənd orta məktəbinin direktoru Əlidursun İsayevin sosial şəbəkələrdə yayılmış videosu birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri sözügedən videodakı görüntülərin təhsil müəssisəsinə rəhbərlik edən bir şəxsə yaraşmadığını, şagirdlərə mənfi nümunə olduğunu bildiriblər.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, bəziləri bu cür videoların çəkilib yayılmasının şəxsi həyat olduğunu iddia edirlər:

“Özəl görüntülər sosial şəbəkələrdə paylaşılanda artıq şəxsi məsələ olmaqdan çıxır. Bu video yeni də olsa, köhnə də olsa, şagird və müəllimlərin qarşısına çıxan və onları idarə edən şəxs öz məsuliyyətini dərk etməlidir.

Hesab edirəm ki, müəllimin peşə fəaliyyəti ilə bağlı ciddi problemi var. Bəli, müəllim əylənə, parka gedə, dostları ilə çay içə bilər. Amma biz bilirik ki, belə videolar təhsil işçisinin peşə fəaliyyətinə yaraşmayan hərkətlərdir. Müəllim də, direktor da Xüsusi Təyinatlı Qüvvələr (XTQ) kimi işlərində nümunəvi olmalıdırlar.

Şagird belə müəllimdən necə tərbiyə və nümunə götürsün?! Belə halların qarşısı birmənalı şəkildə alınmalıdır. Təəssüf ki, hazırda təhsil idarəetməsində çox məsuliyyətsiz insanlar var”.

Qeyd edək ki, məktəb direktoru Əlidursun İsayev azxeber.com-a açıqlamasında videonun 2016-cı ilə aid olduğunu, görüntülərin montaj edildiyini və yanına qız videosunun yerləşdirildiyini deyib.

Zaira Akifqızı
Globalinfo.az