Ermənistan Milli Təhlükəsizlik Xidməti Baqrat Qalstanyanın Rusiya agenti olması ilə bağlı informasiyaları təkzib edib.
Globalinfo.az xəbər verir ki, məlumatı “Yerevan Today” saytı yayıb.
Bildirilib ki, Qalstanyanla bağlı jurnalist David Levonyanın bəyanatı əsasında 1 aylıq aparılan araşdırma nəticə verməyib.
“Pastinfo” nəşri də məlumatı Ermənistan Baş Prokurorluğundan təsdiqlədib.
Baqrat Qalstanyan KQB agenti olması ilə bağlı informasiyanı yayan şəxsi şikayət edəcəyini bildirib:
“Mən və ya bizim agent olduğumuzu deyən istənilən şəxs cavab verəcək. Qoy onlar bir-bir cavab versinlər. Biz hüquqi prosesdən keçəcəyik. Bizim ölkədə məsuliyyətsiz natiqlər olmamalıdır”.
Qeyd edək ki, bundan öncə Qalstanyanın KQB agenti olması, eləcə də Azərbaycan-Ermənistan müharibəsini alovlandırmaq üçün Kremldən milyonlarla dollar aldığına dair məlumat yayılmışdı. Məlumatı yayan David Levonyan bununla bağlı sübutlarının olduğunu bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az