Əhliman Gənciyevin vəkili apellyasiya şikayəti verdi

mehkeme 1

Yekaterinburqda azərbaycanlılara qarşı qaldırılan cinayət işinin daha bir iştirakçısı – Əhliman Gənciyevin vəkili həbs qərarından məhkəməyə apellyasiya şikayəti verib.

Globalinfo.az bildirir ki, bu barədə “Report” Rusiya KİV-ə istinadən məlumat verir.

“Əhliman Gənciyevlə bağlı vəkildən apellyasiya şikayəti daxil olub”, – Sverdlovsk vilayət məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, üç iştirakçının – Akif Səfərov, Ayaz Səfərov və Şahin Lalayevin vəkilləri də məhkəmə qərarından apellyasiya şikayəti veriblər.

Bu iş üzrə ümumilikdə 8 azərbaycanlı həbs edilib.