lukasenko 1

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-ın Çinlə mümkün qarşıdurması ilə bağlı xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, Lukaşenko RT telekanalına müsahibəsində ABŞ-ın böyük güc olduğunu etiraf etsə də, onun hər şeyə qadir supergüc olmadığını bildirib.

O qeyd edib ki, bu reallıq xüsusilə Vaşinqtonun İranla münasibətlərində yaşanan uğursuzluqlardan sonra daha aydın görünür.
Belarus liderinin sözlərinə görə, ABŞ üçün əsas strateji rəqib Çin hesab olunur və Pekinin güc səviyyəsi Vaşinqtonun tam nəzarət edə biləcəyi çərçivədən kənardadır.

Lukaşenko ümid etdiyini bildirib ki, bu reallığın qəbul olunması ABŞ-ı RusiyaÇin də daxil olmaqla digər ölkələrin maraqlarına daha həssas yanaşmağa vadar edəcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: