Əfv Komissiyasının iclası oldu, 100-dən çox müraciətə baxıldı

Əfv Komissiyasının iclası oldu, 100-dən çox müraciətə baxıldı

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

 

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

O, bildirib ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb.

Komissiyanın növbəti iclası fevralın 14-ə təyin olunub.

Qeyd edək ki, indiyə qədər keçirilən iclaslarda 600-ə qədər müraciətə baxılıb.