Əfqanıstanda zəlzələ: ölənlərin sayı artdı

Əfqanıstanda zəlzələ: ölənlərin sayı artdı

Əfqanıstanda dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 2 205 nəfərə çatıb.

Globalinfo.az bildirir ki, bu barədə “Taliban” hərəkatının mətbuat katibinin müavini Həmdulla Fitrat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Məlumata görə, təbii fəlakət nəticəsində azı 3 640 nəfər xəsarət alıb.

“Ölənlərin sayı 2 205-ə, yaralıların sayı isə 3 640-a çatıb”, – H.Fitrat yazıb.

Xatırladaq ki, avqustun 31-i gecə saatlarında Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6,0 maqnitudalı zəlzələ baş verib.