Əfqanıstanda zəlzələ: ölənlərin sayı 1400-ü ötdü – VİDEO

Əfqanıstanda zəlzələ: ölənlərin sayı 1400-ü ötdü - VİDEO

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1411 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanların sayı 3124 nəfər olub.

“5400-dən çox ev isə tamamilə dağılıb”, – o vurğulayıb.

***12:01

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1124 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Qurbanların sayı da 3251-ə yüksəlib. Dağılan evlərin sayı səkkiz mini ötüb”, – deyə bildirilib.

*** 11:26

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Əfqanıstanın Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyin mətbuat xidməti məlumat verib.

Xəsarət alanların sayı isə 3000 nəfərdir.

Ölü sayının ciddi dərəcədə artacağı istisna edilməyib.

Əliyar Xəlil
Globalinfo.az