Əfqanıstanda zəlzələ oldu: 800 ölü, 2800 yaralı

Əfqanıstanda zəlzələ oldu: 800 ölü, 2800 yaralı

Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı 800-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News” Əfqanıstan hökumətinə istinadən məlumat yayıb.

Həmçinin bildirilir ki, təbii fəlakət nəticəsində n azı 2 800 nəfər yaralanıb.

Qeyd edək ki, avqustun 31-də Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6,0 maqnitudalı zəlzələ baş verib.

***10:19

Əfqanıstanda zəlzələ nəticəsində 622 nəfər həlak olub, 1 500-dən çox insan yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

***09:41

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 500-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin yerli mediası məlumat yayıb.

Yaralıların sayının min nəfəri keçdiyi vurğulanıb.

***08:50

Əfqanıstanda zəlzələ nəticəsində azı 250 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ yerli vaxtla bazar ertəsi gecə Pakistanla sərhədə yaxın Cəlalabad şəhərindən təxminən 20 km məsafədə 6 maqnitudada baş verib. Zəlzələ ocağı təxminən 8 km dərinlikdə yerləşib.

“Biz genişmiqyaslı xilasetmə əməliyyatına başlamışıq və yüzlərlə insanı zərər çəkmiş ərazilərin sakinlərinə kömək etmək üçün səfərbər etmişik”, – ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman deyib.

Onun sözlərinə görə, zəlzələ ucqar dağlıq ərazidə baş verdiyi üçün “insan itkiləri və infrastruktura dəyən ziyanla bağlı dəqiq məlumat almaq vaxt aparacaq”.