Əfqanıstanın mədən və neft naziri Hedayətullah Bədri və Qor vilayətinin qubernatoru Həyatullah Mübarəkin olduğu helikopter Tulak bölgəsinin Nalbəndan rayonunda qəzaya uğrayıb.
Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Qor qubernatorunun sözçüsü Rasas Badri yerli mediaya açıqlamasında deyib.
O bildirib ki, hadisə bu gün günorta saatlarında helikopterin texniki nasazlığı səbəbindən baş verib, lakin heç kim xəsarət almayıb.














