Əfqanıstanın şimalında baş verən zəlzələ nəticəsində yaralananların sayı 900-ə yaxınlaşıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq dənizi ölkələri üzrə regional bürosunun direktoru Hanan Balxi bildirib.
“Ölkənin şimalında baş verən güclü zəlzələ azı 27 nəfərin həyatına son qoyub və 850-dən çox insanın yaralanmasına səbəb olub. Zəlzələdən zərər çəkmiş bəzi rayonlarda vəziyyət kritikdir. Xilasetmə komandaları yaralılara yardım göstərmək üçün işləyirlər”, – o qeyd edib.
***16:03
Əfqanıstanda baş verən zəlzələ nəticəsində yaralananların sayı 534-ə çatıb.
Globalinfo.az bildirir ki, bu barədə Əfqanıstanın İctimai Səhiyyə Nazirliyinin mətbuat katibi Şərafət Zaman Amarheyil “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Onun sözlərinə görə, 534 yaralı xəstəxanalara çatdırılıb, 20-dən çox insan ölüb.
Ərazidə hələ də xilasetmə komandaları işləyir.
***09:53
Əfqanıstanda zəlzələ nəticəsində yaralananların sayı 300 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
***09:06
Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində azı 20 nəfər ölüb, 140-dan çox insan yaralanıb.
Globalinfo.az bildirir ki, “Report”un məlumatına görə, bu barədə “Afghanistan International” Milli Olimpiya Komitəsinin, “Taliban” hökumətinin Bədən Tərbiyəsi və İdman İdarəsinin sədri Maulvi Əhmədullah Vasiqin feysbukdakı açıqlamasına istinad edib.
Məmur qeyd edib ki, ən böyük dağıntı və itkilər Samanqan və Balx əyalətlərinin şimalında, xüsusən də Daşkurqan şəhərində qeydə alınıb.
“Zəlzələnin yeraltı təkanları çox güclü olub və ölənlərin sayı arta bilər”, – Əhmədullah Vasiq yazıb.
Xatırladaq ki, Bakı vaxtı ilə saat 00:28-də Əfqanıstanın şimalındakı Balx əyalətində, Məzari-Şərifdən 45 km cənub-şərqdə 6,3 maqnitudada zəlzələ qeydə alınıb.
Xatırladaq ki, Əfqanıstanda 2025-ci ilin avqust ayında da 6 maqnitudada zəlzələ baş verib. Təbii fəlakət 2 200-dən çox insanın həyatına son qoyub.














