Əfqanıstanda daşqınlar: ölənlərin sayı artdı

Əfqanıstanda daşqınlar: ölənlərin sayı artdı

Əfqanıstanın Baqlan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 300 nəfəri keçib.

Globalinfo.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının Əfqanıstan üzrə ofisi “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Bildirilib ki, təbii fəlakət nəticəsində mindən çox ev dağılıb.

***16:20

Əfqanıstanın şimalında daşqınlar nəticəsində azı 151 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi isə “Frans Press” agentliyinə bildirib ki, qurbanların sayı 200 nəfəri keçib.

O əlavə edib ki, 2 mindən çox ev dağılıb.