Əfqanıstan Hərbi Hava Qüvvələri (HHQ) Pakistanın Kvetta şəhərində ordu korpusuna zərbə endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ariana News” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
“Bu gün saat 11 radələrində Əfqanıstan qüvvələri Pakistanın Kvetta şəhərindəki ordu korpusuna hava hücumları təşkil edib”, – deyə açıqlamada bildirilir.
Media mənbələri hücumların Əfqanıstanın gecə bombardmanına cavab olduğunu qeyd ediblər.
Əliyar Xəlil
Globalinfo.az