Efiopiyada kilsə uçdu: 36 ölü, 200 yaralı

Efiopiyada kilsə uçdu: 36 ölü, 200 yaralı

Efiopiyada kilsələrdən birində tikinti platformasının uçması nəticəsində 36 nəfər ölüb, 200-dən çox xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, hadisə paytaxt Əddis-Əbəbənin şərqində, hər il keçirilən Müqəddəs Məryəm festivalında iştirak edərkən baş verib.

Zəvvarların bəziləri dağıntılar altında qalıb, ağır yaralılar xəstəxanaya yerləşdirilib.