Ədən körfəzində qəza siqnalı verən gəmi batır

Ədən körfəzində, Niştun şəhərindən 96 dəniz mili uzaqlıqda qəza siqnalı verən gəmi batma təhlükəsi ilə üzləşib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarəti Daşımaları Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Hadisə yerinə dəstək gəmisi göndərilib və heyət üzvləri xilas edilib.