Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəfatından sonra partiyada ciddi ixtilaflar baş verdiyi xəbərləri gəlir.
Daxili çəkişməyə rəğmən, partiyada ciddi istefalar baş verdi.
Globalinfo.az bildirir ki, Ədalət Partiyası tərəfindən Manevr.az-ın elektron poçtuna göndərilən kollektiv istefa ərizəsində deyilir:
“Bu gündən etibarən Ədalət Partiyasının seçkili orqanlarından və Partiya üzvlüyündən istefa verdiyimizi bəyan edirik:
1. Partiya sədrinin səlahiyyətlərini icra edən, Ali Məclisin sədri və Siyası Şurasının üzvü – Babayev Meydan Əli oğlu
2. Partiyanın Humanitar məsələlər üzrə sədr müavini və Siyasi Şuranın üzvü – Dadaşova Vüsalə Valeh qızı
3. Ali Məclis sədrinin müavini, Siyasi Şüranın üzvü və aparat rəhbəri – Əliyev Mehman Nizami oğlu
4. Ali Məclisinin sədrinin birinci müavini, Siyasi Şuranın üzvü –Qurbanov Elvin
5. Ali Məclisin və Siyasi Şuranın üzvü – İlham Hüseyn”.














