Konqo və Uqandada Ebola virusuna yoluxanların təsdiqlənmiş sayı 263 nəfərə çatıb.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilir ki, hazırda 1100-dən çox şübhəli yoluxma halı araşdırılır. Həmçinin bu virusdan ölənlərin sayı da 43 nəfərə yüksəlib.
Aysel Əliyeva
Globalinfo.az