2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan şərti sərhədində baş vermiş silahlı toqquşmadan 1 il ötür.
Globalinfo.az xəbər verir ki, “Sentyabr döyüşləri” adlandıran toqquşma Ermənistan ordusunun şərti sərhəddə atəşkəsi ard-arda pozması və sonda hücumla nəticələnən hərbi təxribata əl atmasından sonra baş verib.
Azərbaycan Ordusunun cavab həmləsi zamanı düşmənin 53 döyüş mövqeyi məhv edilib, xeyli strateji yüksəklik nəzarətə götürülüb.
Döyüşlər nəticəsində Ordumuzun 80 hərbi qulluqçusu şəhid olub. Ermənistan 220-dən çox hərbçisini itirdiyini açıqlayıb. Qeyri-rəsmi rəqəmlərə görə, qarşı tərəf 400-ə yaxın itki verib.
Bu hərbi toqquşma Ermənistanda böyük təşviş və ruh düşkünlüyünə səbəb oldu. İrəvanda revanş arzuları ilə yaşayan bəzi qüvvələr Azərbaycan Ordusunun belə qısa müddətdə qarşıya qoyulan tapşırıqları yerinə yetirməsindən təşvişə düşdülər. Erməni mediası ölkənin sərhədlərinin təhlükəsizliyinin təmin olunmadığını, beynəlxalq ekspertlər isə Azərbaycanın 5-7 gün ərazində Zəngəzuru tam nəzarətə götürə biləcəyini yazdılar.
Ümumilikdə Sentyabr döyüşləri Ordumuzun növbəti qələbəsi, Ermənistanın isə sarsıdıcı məğlubiyyəti ilə yadda qaldı.
Allah şəhidlərimizə rəhmət eləsin!
Əliyar Xəlil
Globalinfo.az