Müdafiə Nazirliyi düşmənin itkiləri barədə məlumat yaydı

Müdafiə Nazirliyi düşmənin itkiləri barədə məlumat yaydı

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir.

Bu barədə Globalinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib.

İctimaiyyətə əlavə məlumat veriləcək.