Durovun Fransa kəşfiyyatı ilə əlaqəsi olubmuş

Durovun Fransa kəşfiyyatı ilə əlaqəsi olubmuş

“Teleqram”ın rəhbəri Pavel Durov Fransa xüsusi xidmət orqanlarıyla əlaqələri olduğunu təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Liberation” qəzeti çıxış edib. Qəzet Durovun bunu dindirilmə zamanı dediyini bildirib. O, Fransa Milli Təhlükəsizlik Baş İdarəsinin (DGSİ) əməkdaşlarıyla Dubayda görüşdüyünü söyləyib:

“Durov terrorizmlə mübarizə çərçivəsində DGSİ ilə əlaqə üçün rəsmi kanal açıb. Üstəlik, əlaqə üçün xüsusi elektron poçt da yaradılıb. Bu kontakt vasitəsilə həyata keçirilən məlumat mübadiləsi sayəsində bir neçə teraktın qarşısı alınıb”.

Əliyar Xəlil
Globalinfo.az