Durovun azadlıqda ilk görüntüləri – FOTO

Durovun azadlıqda ilk görüntüləri - FOTO

“Telegram”ın həmtəsisçisi Pavel Durovun azadlığa buraxıldıqdan sonra ilk görüntüləri yayılıb. 

Globalinfo.az xəbər verir ki, görüntüləri “Mash” kanalı paylaşıb.

Yerli paparazilərin Durov və sevgilisini Paris küçələrində görüntülədiyi bildirilir.

KİV yazır ki, Durovun ona qarşı irəli sürülən ittihamlara baxmayaraq əhvalı yaxşıdır, özünə Parisdə ev axtarır.

Qeyd edək ki, onun sevgilisinin MOSSAD agenti olduğu iddia edilir.

Əliyar Xəlil
Globalinfo.az