Fransadan Durovun sevgilisi ilə bağlı qərar – FOTO

Fransadan Durovun sevgilisi ilə bağlı qərar - FOTO

Pavel Durovun köməkçisi və mühafizəçisi sərbəst buraxılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın “Fiqaro” nəşri Durovun işinə yaxın olan mənbəyə istinadla məlumat yayıb.

“Teleqramın təsisçisi Pavel Durovun onu daim izləyən mühafizəçisi və köməkçisi dindirildikdən sonra sərbəst buraxılıb”, – məlumatda qeyd olunub.

Mətbuat buraxılan şəxslərin adlarını açıqlamasa da, Durovun köməkçisinin Yuliya Vavilova olduğu bildirilir. Durov Bakıdan Parisə Yuliya Vavilova ilə birlikdə uçmuşdu.

Rusiya Teleqram kanalları isə Vavilovanın milyarderin sevgilisi olduğunu yazmışdılar.

***09:06

Teleqramın qurucusu Pavel Durov iyun ayı səfəri zamanı sevgilisi Yuliya Vavilovanı gəzdirmək üçün Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən 1 milyon rubla helikopter icarəyə götürüb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yuliya əvvəllər heç vaxt bu cür helikopterə minmədiyi üçün ona sürpriz olub. Uçuş tamamilə məxfi xarakter daşıyıb və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılıb. Milyarder özünün kimliyini açıqlamamağı xahiş edib.

Fransadan Durovun sevgilisi ilə bağlı qərar - FOTO

Kanal yazır ki, Durov iyunun ortalarında dost qrupu ilə Qırğızıstana gəlib, onların arasında bloqer Hüseyn Həsənov və 24 yaşlı Yuliya Vavilova da olub. Yerli mətbuatın məlumatına görə, o zaman Durovu xizək kurortuna investor kimi cəlb etmək istəyiblər ki, bu layihənin reallaşması üçün 165 milyon avro tələb olunur.

Deyilənə görə, Pavel Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən səkkiz nəfərlik helikopteri saatı 3000 dollara icarəyə götürüb. Cütlük üç saat ərzində uçuş edib, nəticədə Durov təxminən bir milyon rubl ödəyib.

Qrup halında iki helikopterlə Qırğızıstanın görməli yerlərinə uçublar. Durov və Vavilova cütlüyü ən böyüyündə, Hüseyn isə daha balaca olan – dörd nəfərlik helikopterdə uçub.

Fransadan Durovun sevgilisi ilə bağlı qərar - FOTO

Xatırladaq ki, P. Durov avqustun 24-də axşam saatlarında Parisin Le-Burje hava limanında saxlanılıb.