Durov Putinlə Bakıda razılaşıb? – Kremldən cavab

Durov Putinlə Bakıda razılaşıb? - Kremldən cavab

“Kremllə “Telegram”ın həmtəsisçisi Pavel Durov arasında heç vaxt razılaşma olmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Rusiya prezidenti onunla görüşməyib. Ümumiyyətlə, Pavel Durovla hər hansı danışıq aparılmayıb və razılaşma olmayıb”, – Peskov bildirib.

Qeyd edək ki, Rusiya prezidentinin avqustun 18-19-da Azərbaycana səfəri zamanı P.Durovla görüşdüyü iddia olunurdu. Lakin daha sonra bu məlumat Kreml tərəfindən rəsmi səviyyədə təkzib edildi.

P.Durov avqustun 28-də Fransa məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.

Əliyar Xəlil
Globalinfo.az