Medvedev Durovun həbsi haqda: “O mənə dedi ki…”

Medvedev Durovun həbsi haqda: “O mənə dedi ki…”

Pavel Durov zamanında Rusiyanı tərk edib, sülh adamı olmaq istəməklə böyük səhvə yol verdi.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

Onun sözlərinə görə, Durov hələ də Qərb üçün təhlükəli rusiyalı olaraq qalmaqda davam edir.

Medvedyev həmçinin Durovun Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq etməkdən imtina edib, ölkəni tərk etməsindən öncə onunla arasında olan dialoqdan da nümunə gətirib:

“Durov mənə dedi ki, o, vətənsiz yaxşı yaşayan dünyəvi insan olmaq istəyir. Vətən harada yaxşıdırsa oradadır”.

Qeyd edək ki, Durov dünən Parisdə Azərbaycandan geri qayıdarkən həbs edilib.

O, 2014-cü ildə Rusiyanı tərk edib. O zaman Durovu bu addımı atmağına səbəb onun Rusiya hökuməti ilə problemləri olub. Belə ki, Kreml ondan Ukraynadakı Maydan hərəkatının iştirakçıları ilə bağlı “Vkontakte” sosial şəbəkəsindəki məlumatları istəyib. Lakin Durov bunu hökumətlə paylaşmayıb. Bundan sonra onun xüsusi xidmət orqanları ilə problemi yaranıb və az sonra Rusiyanı bir daha geri qayıtmayacağını deyərək tərk edib.