Dünyanın supermilyarderləri reytinqinə İlon Mask rəhbərlik edib.
Globalinfo.az xəbər verir ki, reytinq cədvəlini “Altrata” şirkəti hazırlayıb.
Ümumilikdə siyahıya 24 nəfərin adı daxil edilib.
Siyahıya 419,4 milyard dollarla İlon Mask rəhbərlik edib. Ondan sonrakı yerlərdə “Amazon”un rəhbəri Ceff Bezos (263,8 milyard), LVMH-nin rəhbəri Bernar Arno (238,9 milyard), “Oracle”ın rəhbəri Larri Ellison (237 milyard) və “Meta”nın rəhbəri Mark Zukerberq (220,8 milyard) qərarlaşıb.
24 supermilyarderin ümumi sərvətinin 3,3 trilyon dollar olduğu bildirilib. Bu, Fransanın ümumdaxili məhsulu qədərdir.
Siyahıda yer alanların əksəriyyətini texnologiya sferasının nümayəndələridir.
Əliyar Xəlil
Globalinfo.az














