Dünyanın supergücü hansı ölkədir? – Ekspertdən maraqlı variant

Dünyanın supergücü hansı ölkədir? – Ekspertdən maraqlı variant

Soyuq müharibənin bitməsinin ardınca dünya siyasətində belə bir düşüncə hakim idi ki, ABŞ dünyanın yeganə supergücüdür. Lakin 2000-ci illərdən etibarən dünya geosiyasətində yeni oyunçular görünməyə başladı. Rusiya, Çin kimi ölkələr buna misal ola bilər. Bu gün ABŞ-ın ən böyük rəqibi Çin hesab edilir. Rusiya isə keçmiş SSRİ varisi statusunda supergüc olduğunu göstərməyə çalışır.

Maraqlıdır, hazırda dünya siyasi aranesında supergüc ölkə və ya ölkələr hansılardır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, supergüc kriteriyaları ilə bağlı fikirlər səslənəndə bir tərəf Rusiyanın, digər tərəf isə ABŞ-ın fövqəldövlət olduğunu deyir:

“Rusiya ABŞ-ın yanında supergüc deyil, hərçənd yalnız iki kateqoriya üzrə yarışa girə bilər. Birincisi, iqtisadiyyatdır: Rusiyanın ərazisinin böyüklüyü və zəngin təbii sərvətləri, ixrac potensialı onu qlobal iqtisadiyyatın üstün vitrinlərinə çıxarır. Ancaq Rusiya dünya iqtisadiyyatının valını ABŞ kimi dəyişə bilmir.

Dünyanın supergücü hansı ölkədir? – Ekspertdən maraqlı variant

İkincisi, hərbi potensialdır: bu sahədə bəlkə də qüvvələr nisbəti Rusiyanı dördqat üstün edir, çünki onda ən uzaqmənzilli qitələrarası ballistik raketlər, atom sualtı gəmiləri var. Üstəlik, nüvə arsenalındakı say çoxluğu və hava hücumundan müdafiə sistemi də burada rol oynayır. Ancaq həmin silahlar ABŞ ordusunu konseptual güc dəyərləndirməsində üstələyə bilmir. Çünki ABŞ-ın da əlində analoqsuz silahlar mövcuddur, üstəgəl, Vaşinqton hərbi xərclərdə çox irəlidədir”.

Ekspertin sözlərinə görə, fövqəldövlətin meyarları sırasında müttəfiqlərin sayı da rol oynayır:

“Bu gün ABŞ-ın daha çox müttəfiqi var. Rusiya isə müttəfiqlikdən məhrum olur, müttəfiq olduqları onunla eyni oyunda iştirakda çox həvəssiz görünür. Deməli, bu məsələdə də ABŞ Rusiyadan öndədir. Ukraynadakı müharibə bu güc balansındakı rolları dəyişdirmək üçün bir fürsətdir”.

Turan Rzayev
Globalinfo.az