Azərbaycan Sülhməramlı Qüvvələri — Vikipediya

“The National” nəşri ABŞ Prezidenti Donald Trampın 20 bəndlik sülh razılaşmasına əsasən, Qəzza zolağında sabitliyin qorunması üçün dörd ölkədən hərbçilərin anklav ərazisinə yerləşdiriləcəyini yazıb.

Məlumata görə, Azərbaycan, Türkiyə, Misir və İndoneziyadan olan 4 min əsgər Qəzzada İsrail ordusunun geri çəkildiyi ərazilərə göndəriləcək. Bu qüvvələr ağır silah və texnika daşımayacaq, yalnız özünümüdafiə məqsədilə odlu silahlar və zirehli daşınan vasitələr olacaq.

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, əslində bu plan ən ideal variantdır:

“Bu yolla Qəzza zolağı ilə İsrail arasında bir bufer zona yaranmış olacaq. BMT və ya fərqli ölkələrdən hərbçilər əraziyə yerləşdirilərsə, təmas xətti aradan götürülə bilər. Son günlər atəşkəs ciddi şəkildə pozulur. İsrail Qəzzada genişmiqyaslı əməliyyatlar keçirir və zərbələr endirir. HƏMAS isə İsraili sülhə mane olacaq aktlarda ittiham edir. Təl-Əviv isə ilk atəşi qruplaşmanın açdığını iddia edir.

Turab rzayev 2 e1755852093568
Turab Rzayev

Hazırda atəşkəs çox kövrəkdir və hər gün pozulma halları baş verir. İnsanlar evlərinə geri dönür, amma bir çoxu artıq geri qayıtmaq istəmir. İlk növbədə həmin ərazilərə sülhməramlıların yerləşdirilməsi vacibdir. Təklif olunan ölkələr həm müsəlman, həm də İsrail ilə münasibətləri olan dövlətlərdən seçildiyindən, bu, atəşkəsin daha dayanıqlı olmasına xidmət edə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: