samad

Dünyanın ən uzunboylu insanlarından biri, Qanada yaşayan Suleyman Abdul Samad vəfat edib.

Globalinfo.az xəbər verir k, bu barədə “BBC” məlumat yayıb.

“Suleyman Abdul Samad iyulun 27-də ayaqlarındakı yaralarda yaranan infeksiya səbəbilə xəstəxanaya çatdırılıb. 33 yaşlı kişi Marfan sindromunun yaratdığı ağırlaşmalar nəticəsində dünyasını dəyişib. Bu genetik xəstəlik onun ətraflarının qeyri-adi dərəcədə uzun olmasına səbəb olub”, – deyə bildirilib.

Qeyd edək ki, 2022-ci ilin sonlarında Suleyman Abdul Samadın boyu 223 santimetr idi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: