Dünyanın ən qəribə toyuq yumurtası görənləri təəccübləndirir – FOTO

Sosial şəbəkələrdə qeyri-adi formalı toyuq yumurtası böyük maraqla qarşılanıb. Görüntünü “Gamelover42” ləqəbli “Reddit” istifadəçisi paylaşıb.

“Bu qəribə formalı yumurtanı mənim toyuğum yumurtlayıb”, – deyən istifadəçi paylaşımına şəkil əlavə edib.

Görüntü az müddətdə məşhurlaşıb və çoxsaylı müzakirələrə səbəb olub.

Globalinfo.az oxu.az-a istinadla xəbər verir ki, şərhlərdə bir çox internet istifadəçisi uzun illərdir toyuq saxlamalarına baxmayaraq ilk dəfə belə bir şeylə rastlaşdıqlarını bildiriblər.

“Şübhəsiz ki, bu, indiyə qədər gördüyüm ən qəribə yumurtadır”, – deyə şərhçilərdən biri bildirib.

“Bəlkə içəridə əjdaha var”, “Onu ye və superqəhrəman ol – “Chickenman”, “Düşünürəm ki, sənin toyuğun yadplanetli ola bilər”, – deyə “sürpriz” yumurtanı zarafatla qarşılayanlar da az olmayıb.