Sədərək gömrüyündə insident: 18 toyuq keçirən şəxs tutuldu

Bir neçə gün əvvəl Naxçıvanla Türkiyə arasında fəaliyyət göstərən Sədərək Gömrük Keçid Məntəqəsində 2 insident olub.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Türkiyədən Naxçıvana təyin edilmiş qiqdardan artıq qida məshulları keçirməyə çalışan iki Şərur sakini saxlanılıb. Belə ki, 1979-cu il təvəllüdlü, Şərurun Siyaqut kənd sakini olan Z.Z saat 01:17 radələrində Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postundan 4 bacısı və bacısının azyaşlı övladı ilə birgə Naxçıvana keçərkən onun özü ilə 18 ədəd toyuq gətirməsi müəyyən edilib. Bu zaman gömrükçülər na normadan artıq toyuq gətirdiyini, həmin toyuqlardan 6 ədədinin artıq olduğunu bildiriblər. Bundan sonra Z.Z uca səslə səs-küy salaraq etiraz edib, postun iş fəaliyyətini pozub.

Elə həmin gün 1993-cü il təvəllüdlü Şərur rayonu Kürçülü kənd sakini olan X.B-nin də normadan artıq qida məhsulları gətirməsi insidentə səbəb olub. O, Türkiyədən Naxçıvana gələrkən həmkəndliləri ilə alver məqsədi ilə gətirdikləri 7 ədəd toyuq, 7 ədəd hunə qarğıdalı yağı, 7 ədədə şənpiliç kolbasa, 7 ədəd fairy markalı qab yuyucu, 14 ədəd makaron, 6 ədəd uşaq bezi, 25 kq fıstığı həmkəndliləri arasında bölüşdürərək onun üçün gömrükdən keçirmələrini xahiş edib. Sədərək gömrük postuna daxil olarkən Sədərək gömrük postunun əməkdaşları birgə yüklərin içərisində olan püstə adlanan çərəzin artıq olduğunu bildirdirib və həmin çərəzlərin 15 kiloqram çərəzin alacaqlarını deyiblər. Bundan sonra o, səs-küy salaraq gömrük postunun işini pozub.

Hər iki şəxs daha spnra saxlanlaraq Sədərək Rayon Polis Şöbəsinə aparılıb və barələrində İXM-nin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərib edilib. Sədərək Rayon Məhkəməsinin qərarı ilə onların ilk dəfə qeyri-qanuni hərəkət etmələri, ailəli olmaları və sair nəzərə alınaraq hər biri 90 manat cərimə edilərək sərbəst buraxılıb.

Malik
Globalinfo.az