Dünyanın ən böyük akkumulyator zavodunda yanğın – VİDEO

Dünyanın ən böyük akkumulyator zavodunda yanğın - VİDEO

ABŞ-ın Kaliforniya ştatında dünyanın ən böyük akkumulyator istehsalı zavodunda güclü yanğın başlayıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Politico” yazır.

Qeyd olunur ki, yanğının səbəbi hələ müəyyən edilməyib.

Hökumət qurumları zavodun və onun yaxınlığında yerləşən obyektlərin işçilərinin təxliyəsinə başlayıb.

Polis təhlükəsizliyi təmin etmək üçün yanan zavodun ətrafındakı magistral yolu bağlayıb.

Dünyanın ən böyük akkumulyator zavodunda yanğın - VİDEO