“Dünyanı silkələyən müharibəyə yalnız o son qoya bilər” – Stubb işarə etdi

"Dünyanı silkələyən müharibəyə yalnız o son qoya bilər" - Stubb işarə etdi

“Çin Rusiya-Ukrayna müharibəsinə son qoya bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb “Blomberq”ə müsahibəsində deyib.

“Rusiya hazırda Çindən çox asılıdır. Szinpin bir telefon zəngi böhranı həll edə bilər” – eyə o bildirib.

Stubun bu açıqlaması Çində narazılığa səbəb olub. Belə ki, bu gün Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin Moskvanın Çindən asılılığına aydınlıq gətirib:

“Əvvəla Çin və Rusiya müstəqil böyük ölkələrdir. Çin Ukraynadakı müharibəni başlamayıb və onun tərəfi deyil… Üstəlik Pekin həmişə sülh və dialoq tərəfdarı olub, eləcə də bütün müharibə tərəfləri o cümlədən Rusiya ilə əlaqə saxlayır”.

Qeyd edək ki, bu gün Astanada Çin və Rusiya liderlərinin görüşü nəzərdə tutulub.

Əliyar Xəlil
Globalinfo.az