Son 20 ildə tütün istehlakı niyə azalıb? – İLGİNC SƏBƏBLƏR

Son 20 ildə tütün istehlakı niyə azalıb? - İLGİNC SƏBƏBLƏR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2000-ci ildən bəri dünyada tütün istehlakının azaldığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, planetdə təxminən 1,25 milyard insan və ya hər beş yetkin şəxsdən biri tütündən istifadə edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bildirdiyinə görə, 2000-ci ildə bu nisbət üçdəbir olub. Bu fakt son  20 il ərzində tütün istehlakının azaldığını göstərir.

Təşkilatın son hesablamalarına görə, xüsusilə, Braziliyada tütün istehlakı 2010-cu ildən bəri 35 faiz azalıb:

“Son illər tütünə qarşı mübarizədə müəyyən irəliləyiş əldə olunub, lakin bununla kifayətlənmək olmaz. Bu gün tütün sənayesi saysız-hesabsız həyatlar bahasına qazanc əldə etməyə çalışır və ölümcül məhsullarını satmaq fürsətindən istifadə edir. Buna görə də, ÜST ölkələri tütün və tütün sənayesinin fəsadları ilə mübarizəni davam etdirməlidirlər”, – deyə ÜST-nin sağlamlığın təşviqi üzrə direktoru Rüdiger Kreç vurğulayıb.

Hesabata görə, tütündən istifadə edən əhalinin ən yüksək nisbəti Cənub-Şərqi Asiya regionunda ( 26,5%) qeydə alınıb.  Avropa regionunda da (25,3%) vəziyyət o qədər yaxşı deyil . Avropa Regionunda qadınlar arasında tütündən istifadə qlobal orta göstəricidən iki dəfə çoxdur.

Ekspertlərin fikrincə, 2025-ci ilə qədər qlobal tütündən istifadə 2010-cu illə müqayisədə 25 faiz azalacaq. Dünyada yalnız 56 ölkə 30 faiz nisbətində azalmanı müşahidə edəcək. Altı ölkədə isə hələ də tütündən istifadə artımı müşahidə olunur”. Bu ölkələrə Misir, İndoneziya, İordaniya, Konqo, Moldova və Oman daxildir.

Əliyar Xəlil,

Globalinfo.az