Çinin paytaxtı Pekində dünyada ilk dəfə insanlar və insanabənzər robotlar arasında birgə yarımmarafon keçirilib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, təxminən 21,1 kilometr məsafəni əhatə edən yarışda ümumilikdə 20 robot iştirak edib.
Yarışı ilk olaraq “Tianqun Ultra” adlı robot başa vurub. O, finiş xəttinə 2 saat 40 dəqiqə 42 saniyəyə çataraq ən yaxın rəqibini demək olar ki, bir saat qabaqlayıb.
İnsan iştirakçılar arasında isə ən yüksək nəticəni Efiopiya idmançıları göstərib. Kişilər arasında ən yaxşı nəticə 1 saat 2 dəqiqə 36 saniyə, qadınlar arasında isə 1 saat 11 dəqiqə 7 saniyə olub.














