Dünyada çox güclü maqnit qasırğası başladı

Alimlər bu gün Yerin maqnit sahəsində pozulma qeydə alıblar və o artıq çox güclü həddə çatıb.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun kosmik havanın monitorinqi mərkəzindən məlumat verilib.

Məlumata görə, Yerin maqnit sahəsində pozulma dərəcəsi indi G4 səviyyəsindədir. Maksimal dərəcə isə G5-dir.

Qeyd edək ki, Günəşin diskinin cənub-qərb kənarında iyunun 27-də tac kütlə atılması müşahidə olunub. İyulun 1-də gecə saatlarında bunun Yerə zəif təsiri proqnozlaşdırılır. Geomaqnit aktivliyi göstərən Kp əmsalı iyunun 29-da sübh saatlarında 3-4,8 intervalında dəyişəcək, saat 10:00-dan sonra isə 1,5-2,5 intervalında stabilləşəcək.