1968-ci ildə çəkilmiş “Rome və Cülyetta” filminin ulduzu Oliviya Hussi 73 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, aktrisanın “İnstagram” səhifəsində məlumat yayılıb.
Onun ölümünü kinorejissor və dostu Mark Huestis təsdiqləyib. Aktrisanın xərçəng xəstəliyindən əziyyət çəkdiyi və ölüm səbəbinin bu olduğu güman edilir.
Qeyd edək ki, O.Hussi “Cülyetta” roluna görə “Qızıl qlobus” mükafatına layiq görülüb.
Əliyar Xəlil
Globalinfo.az