Dünya şahmat tacı uğrunda qarşılaşma: tarixləri bəlli oldu

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) baş direktoru Emil Sutovski sosial şəbəkədə dünya şahmat tacı uğrunda qarşılaşmanın tarixlərini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, oyunun noyabrın 20-dən dekabrın 15-dək baş tutacağını bildirib.

Xatırladaq ki, dünya çempionu adı uğrunda bu titulun hazırkı sahibi çinli Din Lijenlə aprelin 3-dən 22-dək Torontoda (Kanada) keçirilən İddiaçılar Turniri – 2024-ün qalibi hindistanlı Qukeş Dommaraju mübarizə aparacaq.