qukes

Hindistanlı qrossmeyster Dommaracu Qukeş şahmat tacı uğrunda görüşdə çinli Din Lirenə qalib gələrək dünya çempionu olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, o, Sinqapurda təşkil olunan turnirin sonuncu – 14-cü oyununda rəqibini məğlub edib.

18 yaşlı şahmatçı yekunda 7,5:6,5 hesablı qələbəyə sevinib.

Beləliklə, D.Qukeş 18-ci dünya çempionu olub. O, şahmat tarixinə ən gənc dünya çempionu kimi düşüb.

Paylaş: