Dünya liderləri İran prezidentinin ölümünə belə reaksiya verdilər

r%C9%99isi

İran Prezidenti İbrahim Rəisinin faciəvi ölümü bir çox dünya dövlətlərinin liderləri tərəfindən kədərlə qarşılanıb.

Globalinfo.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ölkəsinin bu çətin dövrdə İranı dəstəklədiyini bildirib.

Venesuela prezidenti Nikolas Maduro isə Rəisini qeyri-adi lider və qeyd-şərtsiz dost adlandırıb.

Avropa Şurasının rəhbəri Şarl Mişel Aİ adından İran hökumətinə səmimi başsağlığı verib.

Çin prezidenti Si Tsinpin İran rəhbərliyinə Çin hökuməti və xalqı adından dərin başsağlığı teleqramı göndərib.

Suriya prezidenti Bəşər Əsəd isə Rəisinin Dəməşq və Tehran arasında firavan strateji münasibətləri saxlamaqda çox böyük xidmətlər göstərdiyini vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin görkəmli siyasətçi adlandırdığı İran prezidenti Rəisinin təyyarə qəzasında ölməsini “böyük faciə” adlandırıb.

Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin Tehranla həmrəy olduğunu açıqlayıb.

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani İran hökumətinə və xalqına səmimi başsağlığı verib.

Müşviq Tofiqoğlu
Globalinfo.az