Dünya çempionatının açılış matçının ən yaxşı futbolçusu bəlli olub

Dünya çempionatının açılış matçının ən yaxşı futbolçusu bəlli olub

Qətərdə ev sahibləri ilə Ekvador millisi arasında keçirilmiş dünya çempionatının açılış matçının ən yaxşı futbolçusu bəlli olub.

Globalinfo.az Report-a istinadən bildirir ki, bu ada Cənubi Amerika təmsilçisinin hücumçusu Enner Valensiya layiq görülüb.

Türkiyənin “Fənərbağça” klubunda çıxış edən forvard Qətərə 2:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.

Onun 3-cü dəqiqədə vurduğu qol isə VAR sistemi tərəfindən ləğv olunub.

Qeyd edək ki, Ekvador millisi bu qələbə sayəsində qrupda ilk sıraya yüksəlib.