Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatında bu gün II turun ilk 8 qarşılaşması oynanılıb.

Teleqraf xəbər verir ki, turun açılış matçı A qrupunda Mavritaniya və Bəhreyn arasında olub. Mavritaniya 2:0 hesabı ilə qalib gəlib.

Qrupun digər matçında Azərbaycan yığması Sloveniyanın qapısından 4 top keçirib. Bununla da Azərbaycan və Mavritaniya hərəyə 4 xalla qrupda ilk 2 pillədə qərarlaşıb.

Bundan əvvəl isə azarkeşlər C qrupunun Türkiyə – Ukrayna görüşünü izləyiblər. “Ay-ulduzlular 3:1 hesablı qələbə ilə xallarını 4-ə çatdırıb.

Günün sensasiyası isə Çad yığmasının son dünya çempionu Rumıniyaya qalib gəlməsi olub.

Dünya çempionatı

II tur
23 may

A qrupu

12:45. Mavritaniya – Bəhreyn – 2:0
20:45. Sloveniya – Azərbaycan – 0:4

Xal durumu: Azərbaycan – 4, Mavritaniya – 4, Bəhreyn – 1, Sloveniya – 1

B qrupu

14:00. Fransa – Özbəkistan – 3:3
16:30. Çad – Rumıniya – 4:2

Xal durumu: Fransa – 4, Çad – 3, Rumıniya – 3, Özbəkistan – 1

C qrupu

15:15. İngiltərə – Macarıstan – 1:1
19:30. Ukrayna – Türkiyə – 1:3

Xal durumu: İngiltərə – 4, Türkiyə – 4, Macarıstan – 2, Ukrayna – 0

D qrupu

18:15. Bolqarıstan – Hindistan – 5:0
22:00. Portuqaliya – Slovakiya – 2:1

Xal durumu: Portuqaliya – 6, Slovakiya – 3, Bolqarıstan – 3, Hindistan – 0.

Qeyd edək ki, turun qalan 8 oyunu mayın 24-də keçiriləcək.

***

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının daha bir matçı keçirilib.

Globalinfo.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi Sloveniya ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında baş tutan görüş yığmamızın 4:0 hesablı qələbəsilə başa çatıb.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektivdə qolları 10-cu dəqiqədə Elvin Əlizadə, 11-ci dəqiqədə Mirmehdi Rzayev, 24-cü dəqiqədə Xətai Bağırov və 40-cı dəqiqədə Kamran Abdullazadə vurub.

Qeyd edək ki, Azərbaycan yığması ilk görüşdə Bəhreylə heç-heçə edib – 1:1. Beləliklə, Elşad Quliyevin baş məşqçi olduğu komanda xallarını 4-ə çatdıraraq, qrup lideri olub. Günün digər matçında Bəhreynə 2:0 hesabı ilə qalib gələn Mavritaniya da eyni xalla 2-ci yerdə gedir. Bəhreyn və Sloveniya isə hərəyə 1 xalla 3-4-cü yerlərdə qərarlaşıb.