Dünya çempionatı: güləşçilərimiz 2 qızıl, 3 gümüş, 3 bürünc medal qazandı

Dünya çempionatı: güləşçilərimiz 2 qızıl, 3 gümüş, 3 bürünc medal qazandı

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında güləşçilərimiz 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Jalə Əliyeva tarixi uğura imza ataraq, Azərbaycan qadın güləşində U-23 dünya çempionu olan ilk idmançımız ünvanına sahib çıxıb. Bu yarışda, həmçinin, Maqomed-Başir Xaniyev qızıl, Rəşad Məmmədov, Ruslan Abdullayev və Arseniy Djioyev gümüş, Nihad Quluzadə, Xasay Həsənli və Cəbrayıl Qadjiyev bürünc medal qazanıblar.

Qeyd edilir ki, böyüklər kateqoriyasına keçid dövründə qazanılmış bu nailiyyətlər gələcək perspektivlərdən xəbər verir və növbəti yarışlarda da uğurlu nəticələrə inam yaradır.

***

Azərbaycan güləşçisi Maqomed-Başir Xaniyev Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatının finalında rusiyalı Maqomed Eltemirova (AİN) 5:4 hesabıyla qalib gələrək U-23 dünya çempionatında qızıl medal qazanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Qeyd edək ki, Azərbaycanın 23 yaşadək güləşçilərdən ibarət millisi oktyabrın 21-dən 27-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək dünya çempionatında iştirak edir.

Mundiala yunan-Roma güləşçilərinin mübarizəsi ilə start verilib.