652369752 1476902583891548 3715862869319718590 n

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölüm xəbərinin təsdiqlənməsindən sonra İsrailin Baş naziri Benyamin Netanyahunun keçmiş xarici media sözçüsü Devid Keysin paylaşımı diqqət çəkib. 

Globalinfo.az xəbər verir ki, Keys martın 13-də etdiyi paylaşımda İsrailin növbəti hədəfinin Laricani olduğunu vurğulayıb.

O, Laricaninin fotosundakı naməlum şəxsə diqqət çəkib:

“Növbədə Laricani var. Haradan bilirəm? Çünki fotoda qırmızı haşiyəyə alınmış bu şəxs bizim ən yaxşı agentlərimizdən olan Haba Batordur. O, həm də mənim ən yaxın dostumdur. Müctəbanın ölümü və Laricani ilə bağlı çox maraqlı bir həftə olacaq”.

O, Haba Batoru İsrailin İrandakı ən yaxşı agenti adlandırıb. Onun paylaşımının tarixi heyrət doğursa da, müzakirələrə səbəb olub.

Devid Keys Netanyahunun ən mübahisəli adamlarından hesab edilir. O, fəaliyyəti dövründə İsrail hökumətinin İran xalqı ilə yaxınlaşması, onlarla həmrəylik qurması və birbaşa ictimaiyyətə müraciət etməsi üçün təşəbbüs göstərib. Hətta baş naziri də buna sövq edib. Lakin 2018-ci ildə Keysə qarşı cinsi istismar iddiaları ortaya atılıb. O, bütün iddiaları rədd edib və daha sonra vəzifəsindən istefa verib.

D.Keys ölkəsində insan haqları müdafiəçisi kimi tanınır. Onun İran xalqına yanaşmada Netanyahu ilə fikirlərinin üst-üstə düşmədiyi iddia edilir.

Qeyd edək ki, fotonun martın 13-də İranda Qüds Günü ilə bağlı keçirilən yürüşlərdə çəkildiyi bildirilir.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: