“Rusiyadakı üsyanın yekun nəticəsi budur ki, hakimiyyət heç olmadığı qədər zəifdir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Moskovskiy Teleqraf” Teleqram kanalı yazıb.
“Hələ dünən səhər Vladimir Putin “xəyanət” və “satqınlıq” barədə danışırdı. Gecə isə Lukaşenkonun dəstəyi ilə Priqojinlə anlaşdı.
Görünür, Vaqnerçilər Moskvaya nə qədər yaxın idilərsə, ölkə rəhbərliyinə o qədər qorxulu olub. Ən pisi isə Rusiyanın zəifliyini bütün dünyada gördülər.
Bircə günə Priqojin faktiki olaraq bütün Cənub Federal Dairəsini nəzarətə aldı. Əgər üsyançılar bir günə 500 kilometr keçirlərsə, o zaman onlar üsyançı deyillər, artıq real qüvvədirlər. Ən əsası odur ki, hakimiyyət muzdlu birləşmə komandirini prezidentin sözünü yerinə yetirməyə məcbur edə bilmədi.
Ölkə vətəndaş müharibəsinin astanasında idi. Lukaşenko ilə danışıqlardan sonra da hər şeyin bitəcəyi real deyil. Uzunmüddətli fəsadları qaçılmazdır. Kremlin qüllələri sarsılıb, onlar növbəti zərbəyə dözəcəklərmi?”, – nəşr yazıb.
Tahir Turan
Globalinfo.az













