Dünən ölən gəncin sabah nişanı olacaqmış – FOTO

Dünən ölən gəncin sabah nişanı olacaqmış - FOTO

Şəmkirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 13 radələrində rayonun Qədimqala kənd sakini 2000-ci il təvəllüdlü Anar Məşədiyevin yaşadığı evin həyətində üzərinə beton piltə düşüb.

Nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

“Unikal”ın məlumatına görə, bədbəxt hadisə nəticəsində ölən gəncin sabah nişan mərasimi olacaqmış.

uzerine-beton-pilte-dusen-gencin-sabah-nisani-olacaqmis