“Dünən axşam Rəşad Dağlı ilə birlikdə idik və…” – Meyxanaçı

"Dünən axşam Rəşad Dağlı ilə birlikdə idik və..." - Meyxanaçı

“Dünən axşam Rəşadla toyda olmuşam. Həmin vaxt belə söhbət yox idi. Gecə nə baş verib, bilmirəm.

Bu sözləri Globalinfo.az-a açıqlamasında meyxanaçı Cahangeşt Balaxanı həmkarı Rəşad Dağlının qətl törətməsi haqda danışarkən deyib.

O, hadisənin necə baş verdiyindən xəbərsiz olduğunu bildirib:

“Məlum səbəbdən Rəşadın özü ilə əlaqə yaratmaq mümkün olmadığı üçün dəqiq bir söz deyə bilmirəm. Deyilənə görə, qətlə yetirilən şəxs meyxanaçı Ələkbər Yasamalın bibioğlusudur. Ələkbər isə hazırda Almaniyada olduğundan onunla əlaqəm yoxdur”.

Qeyd edək ki, meyxanaçı Rəşad Dağlı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bıçaqlayaraq qətlə yetirib. Hadisəyə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsinin səbəb olduğu deyilir.

Zaira Akifqızı, Globalinfo.az