Xəzər üzərində qorxulu anlar: Moskvaya uçan təyyarə qəza siqnalı verdi – YENİLƏNİB

Xəzər üzərində qorxulu anlar: Moskvaya uçan təyyarə qəza siqnalı verdi - YENİLƏNİB

Rusiyaya məxsus sərnişin təyyarəsinin qəza siqnalı verməsinin səbəbi məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Pobeda” aviaşirkəti məlumat yayıb.

Qeyd edilib ki, Dubay-Moskva reysini yerinə yetirən təyyarədə sistem sensorlarından biri yanlışlıqla işə düşüb. Pilot təhlükəsizlik tədbirləri çərçivəsində qəza siqnalı verib.

**

20:00

Dubaydan Moskvaya uçan təyyarə Həştərxana təcili eniş edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “İnterfaks” mləumat yayıb.

Rusiyanın “Pobeda” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı verdikdən sonra Həştərxana şəhərinə eniş edib.

Qəza siqnalına səbəb baqaj hissədə yanğın detektorunun işə düşməsi olub. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Əliyar Xəlil

Globalinfo.az