Dövrümüzün Çörçilli məhz odur – Conson

Dövrümüzün Çörçilli məhz odur - Conson

Boris Conson Ukrayna Prezidenti Vladimir Zelenskini Böyük Britaniyanın keçmiş lideri Uinston Çörçillə müqayisə edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Conson bu barədə “Pool N3”ə müsahibəsində deyib.

“Çörçillin sözlərini hər kəs bilir. Ona İkinci Dünya müharibəsi dövründə özünü şir kimi aparması barədə deyiləndə, o demişdi ki, şir mən yox, ingilis xalqıydı, mənə isə şir kimi nərildəmək şərəfi qalırdı. Eyni sözləri Vladimir Zelenski barəsində də demək olar. O, ukraynalıların hiss etdiklərini çox dəqiq nümayiş etdirdi”, – deyə Conson bildirib.