Dövlət Departamenti rəsmisi sülhdən danışdı: “Bizim üçün prioritetdir”

“Ermənistan və Azərbaycan arasında davam edən sülh müzakirələri bizim üçün prioritetdir”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini brifinq zamanı deyib.

“Cənubi Qafqaz problemləri kontekstində bu, bizim üçün prioritet məsələdir. Biz Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində konkret görüşlər və problemlər üzərində işləməyə davam edəcəyik”, – deyə Dövlət Departamentinin rəsmisi vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az